|
Bakı Nəqliyyat Agentliyində (BNA) yeni təyinat olub.
Axar.az xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə Rəvanə Əliyeva gətirilib.
Qeyd edək ki, R.Əliyeva bundan əvvəl BNA-nın İctimaiyyətlə əlaqələr sektorunda baş məsləhətçi vəzifəsində çalışıb.