|
İki gündür davam edən güclü külək Bakı Nəqliyyat Agentliyinə elə bir ciddi maddi ziyan vurmayıb.
Bu sözləri Axar.az-a açıqlamasında BNA-nın mətbuat katibi Mais Ağayev deyib. O, küləyin təsirindən neçə dayanacağa ziyan dəyməsi ilə bağlı dəqiq məlumatın olmadığını bildirib:
“Mühüm olan budur ki, belə hallarda sərnişinlər, piyadalar xəsarət almayıb. Neçə dayanacağa ziyan dəyməsini isə hava tam normallaşanda sonra dəqiq bildirəcəyik”.