|
Bu gün səhər saatlarından Bakıda və Abşeron yarımadasında müşahidə edilən dumanlı hava şəraiti ilə bağlı olaraq Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib.
Axar.az xəbər verir ki, yanvarın 22-si səhər saatlarınadək davam edəcək dumanlı hava şəraitinə görə agentlik sürücülərə hərəkətdə olarkən yol və meteoroloji şəraiti nəzərə almağı, ara məsafəsini normadan artıq saxlamağı və yol nişanlarının tələblərinə riayət etmələrini tövsiyə edib.
BNA piyadalara da müraciət edərək, onlardan Nəqliyyat Mübadilə mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etməyi xahiş edib.