Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 23-də Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Həməd bin Abdulla bin Səud bin Xudeyr ilə görüşüb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, diplomatı yeni təyinatı münasibətilə təbrik edən nazir Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin genişləndirilməsində dövlət başçılarının dostluq münasibətlərinin mühüm rol oynadığını xüsusi vurğulayıb.

Müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Səudiyyə Ərəbistanının daim Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyinə görə qonağa minnətdarlığını bildirib.

General-polkovnik Z.Həsənov iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyətinə toxunaraq Azərbaycanın Səudiyyə Ərəbistanında hərbi attaşeliyinin təsis edildiyini, iki ölkə arasında hərbi sahədə sazişin hazırlandığını və Azərbaycan Müdafiə Nazirliyinin yüksək nümayəndə heyətinin Ər-Riyada rəsmi səfərinin planlaşdırılıdığını qeyd edib.

Səfir də öz növbəsində bildirib ki, Səudiyyə Ərəbistanı Azərbaycanı özünə dost və qardaş dövlət sayır, eləcə də iki dövlət arasında hərbi sahədə əməkdaşlığa böyük önəm verir.

Diplomat bəyan edib ki, Səudiyyə Ərəbistanı Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyir və ölkəsi Azərbaycanın haqq işində daim onun yanındadır.

Səfir ölkəmizdə fəaliyyəti dövründə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY

Xəbər lenti