Bakının havasını ağırlaşdıran, xüsusən yaşlı sakinlər üçün dözülməz edən həm də bəzi nəqliyyat vasitələrinin nəzərdə tutulan normadan artıq tüstü ixrac etməsidir. Hətta bəzən vəziyyət o həddə çatır ki, avtomobilin səs boğucusundan çıxan qatı duman arxadan hərəkət edən avtomobilin qarşıdakı maneəni görməsində problem yaradır.

Maraqlıdır, belə nəqliyyat vasitələrinin atmosferə vurduğu zərər necə müəyyənləşdirirlir?

Mövzu ilə əlaqədar Axar.az-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, belə avtomobillərin aşkarlanması üçün ildə iki dəfə “Təmiz hava” aylığı keçirilir:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin təsdiq olunmuş birgə tədbirlər planına uyğun olaraq ildə iki dəfə “Təmiz hava” aylığı keçirilir. Təmiz hava aylığında Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının iştirakı ilə yol polisi postlarında hər hansısa şübhə yaradan avtomobilləri saxlayaraq ölçmə aparılır. Ölçmə normadan artıq olanda isə cərimə tətbiq olunur”.

İ.İbrahimova bildirib ki, bu iş ancaq DYP postlarında aparılır:

“Bizim nazirliyin yolda atmosferə qara tüstü buraxan hər avtomobili saxlayaraq ölçmə-analiz işi aparmaq səlahiyyəti yoxdur. Bunu ancaq Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirə bilərik. Bu səbəbdən də bu proses ildə iki dəfə postlarda DİN əməkdaşları ilə birgə “Təmiz hava” aylığında həyata keçirilir”.

21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY

Xəbər lenti