Prezident və birinci xanımın şəhid ailələri ilə görüşünü çox yüksək qiymətləndirirəm və hesab edirəm ki, bu, yeni başlayan ilin ən mühüm hadisəsidir.

 

Bu sözləri Axar.az-a Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşü barədə danışan millət vəkili Elmira Axundova deyib. O bildirib ki, ölkə rəhbəri çox humanist və ədalətli bir addım ataraq, daha 3 minə yaxın şəhid ailəsinin hüquqlarının bərpa olunması və 461 şəhid polisin vərəsələrinə birdəfəlik 11 min manat yardımın verilməsinə dair əmr verdi:

“Bu, çox böyük bir fərmandır. Dövlət büdcəsindən şəhid ailələrinə vəsaitlərin ayrılması olduqca təqdirəlayiqdir. Fərmanda xüsusilə də polis şəhid ailələrinə yardımın verilməsinin nəzərdə tutulması ölkə rəhbərinin olduqca humanist olduğunu bir daha ortaya qoyur”.

Millət vəkili bildirib ki, Prezident cəmiyyətdə gedən prosesləri diqqətlə izləyir və verilən təklifləri qəbul edir:

“Prezident sözügedən məsələyə dair araşdırmalarla bağlı göstəriş verdikdən və araşdırmalar tez bir zamanda başa çatdıqdan sonra çox ədalətli bir addım atdı. Yeni Fərman sözün əsl mənasında böyük əks-səda doğurdu. Dövlət başçısı çox yaxşı başa düşür ki, şəhid ailələri cəmiyyətin həssas kateqoriyasıdır və bu ailələr oğullarını, həyat yoldaşlarını Vətən uğrunda itiriblər. Ona görə də ölkə başçısı bu kateqoriyaya artıq dərəcədə həssas yanaşır. Prezident mütəmadi olaraq əlillər, şəhid ailələri ilə görüşlər keçirir. Ölkə rəhbəri daim verdiyi sözünü təsdiq edir ki, o, hər bir azərbaycanlının prezidentidir”.

21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY

Xəbər lenti