Bir sərnişinin daşınma xərci 47 qəpiyə bərabərdir.

Bu günə olan tarif isə 20 qəpik təşkil edir. Həmin 47 qəpiyə metropolitenin istismar xərcləri daxildir.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov ötən gün Tarif Şurasının ictimai nəqliyyatda gedişhaqlarının artırılması barədə qərarından danışarkən deyib. O bildirib ki, bu qərarın qəbul edilməsində əsas məqsəd metropolitenin büdcədən asılılığının azaldılmasıdır:

“Bakı Metropoliteni QSC hər il maliyyə hesabatları dərc edir, müvafiq səlahiyyətli strukturlara hesabat verir. Metropolitenin tikintisi, yeni qatarların alınması, əsaslı təmir olunması və modernləşdirilməsi, stansiyaların yenidənqurulması və s. işlər həmin xərclərə daxil deyil. Bundan əvvəl Bakı Metropolitenində qiymət artımı barədə axırıncı dəfə 2011-ci ilin noyabrın 24-də qərar qəbul edilib, dekabr ayının 1-dən isə qüvvəyə minib. 2011-ci ilə qədər metropolitendə gedişhaqqı 15 qəpik təşkil edirdisə, müvafiq qərardan sonra 5 qəpik bahalaşaraq 20 qəpik olub.

Təbii ki, həmişə olduğu kimi, qiymət artımından sonra da Bakı Metropolitenində yenidənqurma, təkmilləşmə işləri aparılacaq. Məsələn, əvvəlki illərlə müqayisədə təmirə ehtiyacı olan qatarların sayı kifayət qədər azaldılıb. Metropolitenin ayrı-ayrı stansiyalarının yenidənqurulması ilə bağlı görülən işlər isə göz qabağındadır”.

B.Məmmədov qiymətlərin artırılmasından sonra belə sərnişindaşımada ən ucuz qiymət tariflərinin məhz Azərbaycanda olduğunu deyib:

“Metro ilə bağlı lazımi material və avadanlıqların əksəriyyəti xarici ölkələrdə istehsal olunur. Bu məsələləri nəzərə alanda hətta qiymət artımından sonra Azərbaycanla postsovet məkanındakı gedişhaqlarını müqayisə etsək, görərik ki, ən ucuz tariflər Bakı Metropolitenindədir. Məsələn, bu ilin iyulun 14-də Ukrayna metropolitenində gedişhaqları artırılaraq, uşaqlar üçün 41, böyüklər üçün 50 qəpik müəyyənləşdirilib. Bu rəqəm Minskdə 55, Daşkənddə 37 qəpik təşkil edir.

Rusiya metro sahəsində ən böyük istehsalçı ölkələrdən biri olmasına baxmayaraq, qiymətlər yüksək həddədir”.

11 Aprel 2025 Quru sərhədin açılması təxirə salınıb? - Mayın 1-i xəbəri...
11 Aprel 2025 Gizirlərə, miçmanlara, zabitlərə və kursantlara bu qaydada həbs cəzası ləğv edilir
11 Aprel 2025 Hərbi xidmətdə son yaşı həddi müəyyən edilməyən şəxslərin dairəsi genişləndirilir
11 Aprel 2025 Qatarda ödəniş etmədən gedən sərnişinlər cərimələnəcək
11 Aprel 2025 Milli Məclis Xanlar Vəliyevin yeni vəzifəsini təsdiqlədi - And içdi
11 Aprel 2025 Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb
11 Aprel 2025 Metroda təmir gedəndə ekspress avtobuslar işləyəcək
11 Aprel 2025 “28 May”dan ancaq bu qatarlara minə biləcəyik - Nələr dəyişəcək?
11 Aprel 2025 Bu küçəyə İrəvaninin adı verildi - Fotolar
10 Aprel 2025 Bu nazirliklər Bakıdan köçürülə bilər - ADLAR
10 Aprel 2025 Bakıda sürücü iki DYP maşınını əzdi, bir polis xəsarət aldı - TƏFƏRRÜAT
10 Aprel 2025 Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
10 Aprel 2025 Müəllimlərə ŞAD XƏBƏR: Əməkhaqları ARTA BİLƏR - VİDEO
09 Aprel 2025 Xanlar Vəliyevin yeni vəzifəsi dəqiqləşdi
09 Aprel 2025 Suqovuşan və Sarıcalıdakı məktəblərdə dərslər başlayıb - Fotolar
09 Aprel 2025 “28 May” stansiyası nə vaxtdan bağlanır? - Açıqlama
09 Aprel 2025 ADY-nin 145 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi
08 Aprel 2025 DYP-dən xəbərdarlıq: 2 bal və 60 manat cərimə..
08 Aprel 2025 Buraxılış imtahanının cavabları bu tarixdə elan olunacaq
08 Aprel 2025 PensiyaIar bu tarixdə ödəniləcək

Xəbər lenti