|
Bakı şəhərindəki uşaq bağçalarında qızılca və A (H1N1) virusuna (donuz qripi) yoluxma faktı qeydə alınmayıb.
Bu barədə Report-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən bildirilib.
Qeyd olunub ki, bununla bağlı mütəmadi profilaktik tədbirlər görülür.