Ümumən daşınmaz əmlak bazarında qiymətlərdə yanvar ayı ərzində 1 faiz azalma olub.

 

Bu sözləri Axar.az-a açıqlamasında “MBA Group” konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.

“Ümumən daşınmaz əmlak bazarında qiymətlərdə yanvar ayı ərzində 1 faiz azalma olub. Ancaq ötən ilin yanvarı ilə müqayisədə 5,87 faiz artım olub. O cümlədən təkrar mənzil bazarında yanvarda 0,1 faiz azalma, ötən ilin yanvarı ilə müqayisədə isə 6,41 faiz artım olub. İlkin mənzil bazarında da oxşar vəziyyət yaşanıb. Belə ki, yanvar ayı ərzində 1,27 faiz azalma, il ərzində isə 9,3 faiz artım qeydə alınıb”, - ekspert 2019-cu ilin yanvar ayının yekunları üzrə daşınmaz əmlak bazarındakı ümumi vəziyyəti dəyərləndirərkən deyib.

N.İbrahimov torpaq bazarında baş verən dəyişiklikləri də açıqlayıb:

“Torpaq bazarında yanvar ayı ərzində 1,47 faiz azalma, il ərzində 5,03 faiz artım qeydə alınıb. Kommersiya obyektləri bazarında ay ərzində 0,47 faiz artım, il ərzində 6.76 faiz azalma olub. Həyət və bağ evlərində isə ay ərzində 1,27 faiz azalma, il ərzində 6,98 faiz artım müşahidə olunub”.

Ekspert həmçinin yanvar ayı üzrə təkrar avtomobil bazarındakı ümumi vəziyyəti də dəyərləndirib:

“İstismarda olan avtomobillərin qiymətində dəyişən struktur ilə 1,5 faiz azalma, stabil struktur ilə 5,4 faiz artım var. O cümlədən kiçik həcmli - mühərriki 2 litrdən az olan avtomobillərdə qiymət artımı 17,73 faiz, mühərriki 2 litrdən çox, 3 litrdən az olan avtomobillərdə 6,53 bahalaşma qeydə alınıb. Mühərriki 3 litrdən yuxarı olan avtomobillərdə isə 5,49 faiz artım var”.

     
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər

Xəbər lenti