Tarixçi alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Qarabağ TV-nin yaradılmasını təklif edib.

O bildirib ki, sözügedən telekanalda Azərbaycanın işğal olunan əraziləri barədə xəbər, reportajlar, Qarabağın tarixi, mədəniyyəti, musiqisi və bir neçə dildə informasiyalar yayımlana bilər.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib ki, ölkədə Qarabağ həqiqətlərini dünyaya çatdıran kifayət qədər KİV var.

“Azərbaycanın Qarabağ istiqamətində apardığı mübarizənin təbliği ilə Azərbaycan, rus, ingilis və digər dillərdə olan medialarımız məşğuldur. Onlar dövlət siyasətini, milli mübarizəni öz fəaliyyətlərində çox gözəl şəkildə əks etdirirlər. Bundan başqa, bizim CBC kanalımız var, Azərbaycan, rus, ingilis, hətta erməni dilində də fəaliyyət göstərir. Bu kanalın da əsas məqsədlərindən biri Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır. Burada əsas məsələ Dağlıq Qarabağla bağlı olan siyasətin müxtəlif aspektlərdən çatdırılmasıdır. Digər bu kimi internet medialarımız da var ki, bu vəzifənin öhdəsindən layiqincə gəlir. Yəni dövlətin bu istiqamətdə olan fəaliyyəti kifayət qədərdir. Hazırkı situasiyada bu, dövlət məqsədinə müvafiq olsaydı, belə bir kanalın açılması indiyə reallaşmışdı. Belə bir kanalın fəaliyyət göstərməməsi o demək deyil ki, Azərbaycanın Dağlıq Qarabağla bağlı informasiya siyasəti mövcud deyil. Ölkəmizin bu istiqamətdə apardığı genişsahəli strategiyası var”, - T.Dadaşov qeyd edib.

Media eksperti Zeynal Məmmədli isə sözügedən təklifi müsbət qiymətləndirsə də, bunun qeyri-real olduğunu deyib:

“Belə televiziyanın bariz nümunəsi qonşu Gürcüstanda var. Onlar Osetiyanı təsir dairəsində saxlamaq üçün rus dilində fəaliyyət göstərən ayrıca televiziya yaradıblar. Buna görə də Qarabağ TV-nin yaradılması təklifi təqdirəlayiqdir. Sadəcə, bu təklif bir qədər real görünmür. Çünki televiziya yaratmaq asan məsələ deyil. Televiziya yaratmaq, komanda formalaşdırmaq, xarici dil bilən aparıcıları cəlb etmək və s. üçün yüksək məvacib tələb olunur. Belə televiziyanın büdcəsi də kifayət qədər böyük olmalıdır. Hazırkı dövrdə isə büdcədən yeni bir televiziyanın yaradılması üçün böyük məbləğdə pulun ayrılması real görünmür. Bundan əlavə, İctimai Televiziyanın bəlli bir bölümünü bu məsələlərə həsr etmək daha yaxşıdır”.

11 Aprel 2025 Quru sərhədin açılması təxirə salınıb? - Mayın 1-i xəbəri...
11 Aprel 2025 Gizirlərə, miçmanlara, zabitlərə və kursantlara bu qaydada həbs cəzası ləğv edilir
11 Aprel 2025 Hərbi xidmətdə son yaşı həddi müəyyən edilməyən şəxslərin dairəsi genişləndirilir
11 Aprel 2025 Qatarda ödəniş etmədən gedən sərnişinlər cərimələnəcək
11 Aprel 2025 Milli Məclis Xanlar Vəliyevin yeni vəzifəsini təsdiqlədi - And içdi
11 Aprel 2025 Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb
11 Aprel 2025 Metroda təmir gedəndə ekspress avtobuslar işləyəcək
11 Aprel 2025 “28 May”dan ancaq bu qatarlara minə biləcəyik - Nələr dəyişəcək?
11 Aprel 2025 Bu küçəyə İrəvaninin adı verildi - Fotolar
10 Aprel 2025 Bu nazirliklər Bakıdan köçürülə bilər - ADLAR
10 Aprel 2025 Bakıda sürücü iki DYP maşınını əzdi, bir polis xəsarət aldı - TƏFƏRRÜAT
10 Aprel 2025 Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
10 Aprel 2025 Müəllimlərə ŞAD XƏBƏR: Əməkhaqları ARTA BİLƏR - VİDEO
09 Aprel 2025 Xanlar Vəliyevin yeni vəzifəsi dəqiqləşdi
09 Aprel 2025 Suqovuşan və Sarıcalıdakı məktəblərdə dərslər başlayıb - Fotolar
09 Aprel 2025 “28 May” stansiyası nə vaxtdan bağlanır? - Açıqlama
09 Aprel 2025 ADY-nin 145 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi
08 Aprel 2025 DYP-dən xəbərdarlıq: 2 bal və 60 manat cərimə..
08 Aprel 2025 Buraxılış imtahanının cavabları bu tarixdə elan olunacaq
08 Aprel 2025 PensiyaIar bu tarixdə ödəniləcək

Xəbər lenti