|
İranın Ərdəbil şəhərinə güclü qarın yağması nəticəsində ali və orta ixtisas məktəblərinin fəaliyyəti dayandırılıb.
Azərtac xəbər verir ki, axşamdan başlayaraq yağan qar şəhərə gələn yolların bağlanmasına səbəb olub və şəhər daxilində nəqliyyatın hərəkətini məhdudlaşdırıb.
Şəhər bələdiyyəsi yolların qardan təmizlənməsi işlərinə başlayıb.
Qeyd edək ki, Ərdəbillə yanaşı, Təbriz şəhərinə və Mazandaran əyalətinə də güclü qar yağıb. Əyalətin bəzi kəndləri ilə rayon mərkəzi arasında əlaqə kəsilib. Hazırda müvafiq strukturlar yolların açılması və kəndlərlə əlaqənin bərpa edilməsi istiqamətində iş aparırlar.