Milli Məclisdə bir neçə ildir müzakirə olunan “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin bu il yaz sessiyasında qəbul ediləcəyi bildirilib.

Bu layihədə əksini tapan qanunlardan biri də valideynlərin uşaq doğulana kimi onun cinsiyyətini öyrənə bilməməsidir. Hələlik müzakirə mərhələsində olan qanuna bir çox insan etiraz edir.

Psixoloq Gülnar Orucova Axar.az-a açıqlamasında bu qanun layihəsinin valideynlərin psixologiyasına təsiri ilə bağlı danışıb. O bildirib ki, hər bir ata, ana övladının cinsiyyətini əvvəlcədən bilməlidir:

“Bu, onların psixoloji cəhətdən hazır olması üçün vacibdir. Valideynlər uşaq doğulana kimi onun cinsiyyətini bilməsə və doğulduqdan sonra qız olduğu üçün istəməsələr, ondan imtina edə bilərlər. Düzdür, bu, bütün valideynlərə aid deyil, lakin bu gün də cinsiyyətinə görə uşaqlar arasında ayrı-seçkilik edən şəxslər var.

Uşaq doğulduqdan sonra valideynlərin aqressiv münasibəti ilə üz-üzə qala bilər. Bu da tərk edilən uşaqların sayının artmasına səbəb olar. Buna görə uşağın cinsiyyətinin öncədən bilinməsi vacibdir. Çünki zaman keçdikcə, uşağın ürək döyüntülərini, atışlarını hiss etdikcə ona ailədə sevgi hissi yaranacaq. Həmçinin uşağın cinsiyyətinin qabaqcadan deyilməməsi valideynlərdə depressiya, stress yarada bilər”.

Psixoloq onu da vurğulayıb ki, qanun layihəsi abortların sayının və ölkədə oğlanlarla qızlar arasındakı say fərqinin azalmasına səbəb olacaq:

“Abortlara müraciəti əksər insanlar övladlarının cinsiyyəti qız olduğu üçün edir. Qanunun müsbət tərəfi budur ki, abortların sayı azalacaq. Bununla da cəmiyyətdə disbalans yaranmayacaq”.

Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev Sputnik-ə açıqlamasında "Reproduktiv sağlamlıq haqqında" Qanun layihəsinin bu ilin yaz sessiyasında, mart və aprel aylarında qüvvəyə minəcəyini bildirib.

25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
25 Noyabr 2024 Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
25 Noyabr 2024 Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
23 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
21 Noyabr 2024 Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
21 Noyabr 2024 Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
20 Noyabr 2024 Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
20 Noyabr 2024 Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
19 Noyabr 2024 Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR
19 Noyabr 2024 Kirayə qalanların DİQQƏTİNƏ: Bunu etmək sizin üçün vacibdir

Xəbər lenti