Azərbaycan MDB-də ekskursiya istirahəti üçün ilk üçlükdədir

MDB ölkələrinin ekskursiya istirahəti üçün reytinq cədvəli tərtib olunub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, “TurStat” agentliyi tərəfindən keçirilən sorğunun nəticələrinə görə, ilk yeri 27% səslə Belarus tutub. İkinci yerdə 22% səslə Qazaxıstan, üçüncü yerdə isə 16% səslə Azərbaycan qərarlaşıb. İlk beşliyi Özbəkistan (12%) və Ermənistan (9%) tamamlayır. 

Agentliyin məlumatına görə, MDB ölkələrində ildə 3 milyondan çox ekskursiya səyahəti və turu həyata keçirilir. Turların orta hesabla dəyəri 500-1000 dollar arasındadır.

 

Xəbər lenti