25-28 Fevral tarixləri arasında İspaniyanın Barselona şəhərində qabaqcıl texnologiyaları sərgiləyən, eləcə də sənayeyə təsir edən ən qızğın mövzuları müzakirə etmək üçün mütəxəssisləri bir araya gətirən “Mobil Dünya Konqresi” (“Mobile World Congress” – MWC) keçirilib.

Axar.az xəbər verir ki, 2400-dən çox aparıcı telekom şirkətlərinin iştirak etdiyi dünyanın ən möhtəşəm mobil tədbirinə ölkədə rabitə sahəsinin inkişafına hər zaman öz töhfəsini verən, Azərbaycanın lider mobil operatoru Azercell Telecom MMC-nin də heyəti qatıldı. Şirkət mütəxəssislərinin iştirak etdiyi bu sərgi texnoloji yeniliklərin tətbiqini nəzərdə tutan rəqəmsal eraya operatorun infrastrukturunu hazır etmək, texniki və biznes imkanlarını genişləndirmək üçün yeni əməkdaşlıqlar qurmaq, maraqlı təcrübələrdən bəhrələnmək, innovativ tendensiyaları tezliklə ölkəyə gətirmək və ümumilikdə dünya telkosunun ritmini və vizyonunu hiss etmək baxımından faydalı təcrübə bəxş edib.

MWC sərgisi gələcəyi formalaşdıran həll yollarını araşdırmaq, çağırışları müzakirə və tədqiq etmək, eləcə də əyani surətdə bu texnologiyaların insan həyatının əyləncə, nəqliyyat, ictimai xidmətlər, sənaye, veb və bulud bağlantısı da daxil bütün aspektlərinə necə böyük bir təsirə malik olmasını müşahidə etmək imkanı təqdim edir.

200 ölkənin 107000 mindən artıq nümayəndəsinin iştirak etdiyi sərgidə bir sıra aparıcı şirkətlər “5G”, “Əşyaların İnterneti” , “Mobil Qoşulma”, “Ağıllı Bağlantı”, “Süni İntellekt”, “İnkişaf üçün Mobil” mövzularına əsaslanan programlarını nümayiş etdirdilər.

MWC sərgisi ilə bağlı öz təəssürat və fikirlərini “Azercell” şirkətinin prezidenti Vahid Mürsəliyev “Technote” şirkətinin rəhbəri Fərid Pərdəşünasla olan müsahibəsində bölüşüb. Müsahibəni bu linkdən izləyə bilərsiniz: https://www.facebook.com/azercell/videos/1984835524979338/

Mobil texnologiyalar vasitəsilə insanların gündəlik həyatını asanlaşdırmağı hədəfləyən “Azercell”, rəqəmsal aləmin yeniliklərini abunəçiləri üçün əlçatan etmək istiqamətində fəaliyyətini davam edəcək.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
25 Noyabr 2024 Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
25 Noyabr 2024 Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
23 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
21 Noyabr 2024 Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
21 Noyabr 2024 Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
20 Noyabr 2024 Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
20 Noyabr 2024 Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
19 Noyabr 2024 Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR

Xəbər lenti