|
Martın 7-si səhər saatlarından etibarən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsində təmir-tikinti işlərinə start verilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə aparılacaq təmir işləri ilə əlaqədar yolda hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.