Şeyxülislam Axund Ağa Əlizadə 1871-ci il oktyabrın 22-də Bakının Pirşağı qəsəbəsində, ruhani ailəsində anadan olub. Bağdad Universitetinin ilahiyyat fakültəsini bitirdikdən sonra Nəcəf şəhərindəki Ali Dini Universitetdə təhsil alıb.

 

O, 1903-cü ildə 32 yaşında Təzəpir məscidinə axund təyin edilib. 1904-cü ildə Qafqaz müsəlmanları Şiə Ruhani İdarəsinin üzvü seçilib. Ağa Əlizadə 1907-ci ilin yayında Bakıda “Səadət” Müsəlman Ruhani Cəmiyyəti yaradıb və onun sədri olub. Cəmiyyətin fəaliyyətində yazıçı Nəcəf bəy Vəzirov, milyonçular İsa bəy Aşurbəyov, Zeynalabdin Tağıyev və başqa elm, mədəniyyət və din xadimləri də fəal iştirak ediblər.

Azərbaycan Xalq Cümhuriyyəti Dini etiqad naziri Musa bəy Rəfiyevin tövsiyəsi ilə 1918-ci il dekabrın 12-də 47 yaşlı Ağa Əlizadə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri və şeyxülislam seçildi. Beləliklə, müsəlmanların dini işlərinin idarə edilməsində bir-birinə münasibətdə muxtar, ikili sünni-şiə ruhani rəhbərliyi aradan qaldırıldı, Qafqaz müsəlmanlarının vahid idarəsi yaradıldı. Şeyxülislam idarənin rəhbəri, yəni Qafqaz müsəlmanları Ruhani İdarəsinin başçısı, müfti isə onun müavini oldu.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov yazır ki, Bakı Soveti rəhbərliyi Ağa Əlizadədən Azərbaycan torpaqlarını bolşevik-daşnak qüvvələrindən azad etməyə gələn türk əsgərlərinin hərəkətlərini lənətləyən fətva verməyi tələb edirdi. Hətta şəhər rəhbərliyi məzhəb fərqini şişirdərək, Osmanlı əsgərlərinin Bakı şəhərinə daxil olmasını bağışlanmaz bir günah kimi qələmə vermək istəyirdi. Rəhbərliyin hədə-qorxularına baxmayaraq, Axund Ağa Əlizadə onların bu tələbini rədd etdi. Sentyabrın ortalarında Qafqaz İslam Ordusu və onun 29 yaşlı komandanı Nuru Paşa Bakı şəhərini bolşeviklərdən azad etdi. Bakı əhalisinin xahişi ilə Axund Ağa Əlizadə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı sentyabrın 16-da Təzəpir məscidinə dəvət etdi. Nuru Paşa Ağa Əlizadənin müşayiəti ilə minbərə çıxdı. Cəmi üç pillə qalxdı. Minbərin hər iki tərəfində iri qara ələm sancılmışdı. Nuru Paşa ələmlərdən birindən yapışaraq təmkinlə nitqini söylədi. Bakı camaatı bu mərasimə heyrətlə baxırdı, məscidin axundu Ağa Əlizadənin təbirincə desək, “Allah-Təala müsəlmanları kafirlərdən xilas etmək üçün Osmanlı əsgərlərini öz din qardaşlarının köməyinə göndərmişdi”. Bu hadisə Təzəpir məscidi və onun axundu Ağa Əlizadənin millətin həyatında baş verən bütün siyasi məsələlərdə öncül yerdə durduğunu göstərirdi.

1919-cu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının bir illiyi milli bayram kimi qeyd olundu. Həmin gün xalqa müraciətində şeyxülislam Ağa Əlizadə deyirdi:

“Azadlığı yalnız müstəqil yaşamaq yolu ilə qorumaq və müdafiə etmək olar. Öz əqidə və fikrini şövqlə söyləmək və öz iradəsini ifadə etmək yalnız müstəqil ölkədə mümkündür. Müstəqil tədris ocaqlarında, orta və ali məktəblərdə ölkənin camaatının faydalana biləcəyi bütün biliklərə yiyələnmiş şüurlu adamlar yetişər. Allah-Təalanın buyurduqlarını yalnız ölkənin istiqlaliyyəti şəraitində müvəffəqiyyətlə intişar etdirmək olar”.

Şeyxülislam Ağa Əlizadə 1919-cu il sentyabrın 15-də Çəmbərəkənd qəbiristanlığında Bakının azad olunması uğrunda şəhid olan Osmanlı və Azərbaycan əsgərlərinin məzarı önündə tarixi bir nitq söylədi. Bu mərasimdə Azərbaycanın dövlət, hökumət və parlament üzvləri iştirak edirdi. Şeyxülislam Azərbaycanın istiqlalı yolunda şəhid olanlara Allahdan rəhmət dilədi və Qarabağ cəbhəsinə gedən yüzlərlə əsgəri Quranın altından keçirərək, onlara vətəni şərəflə qorumağı dilədi. Milli hökumət 1919-1920-ci illərin 31 mart gününü Milli Qırğın günü kimi qeyd etdi. Şeyxülislamın göstərişi ilə həmin günlərdə Azərbaycanın bütün məscidlərində təziyələr təşkil olundu, ehsanlar verildi.

Axund Ağa Əlizadə 1920-ci ilin mayın 12-nə kimi şeyxülislam vəzifəsində çalışdı.

İkinci şeyxülislamlıq

1943-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə fəaliyyətinə 1920-ci ildə xitam verilmiş Qafqaz Müsəlmanları Ruhani İdarəsi bərpa edildi və Ağa Əlizadənin İdarənin sədri seçilməsi üçün namizədliyi irəli sürüldü. 1944-cü il mayın 25-də Qafqaz Müsəlmanları Ruhani İdarəsinin birinci qurultayı çağırıldı. Mayın 28-də keçirilmiş səsvermə zamanı Axund Ağa Əlizadə yenidən Qafqaz Şeyxülislamı seçildi.

Bundan sonra o, dünyanın bir çox ölkələrində təşkil olunmuş konfranslarda iştirakçı oldu və Sovet müsəlmanları adından nitq söylədi. Axund Əlizadə 1952-ci ilin mayında SSRİ-də müharibədən sonra ilk dəfə Zaqorskda sülhü müdafiə məsələlərinə həsr edilmiş konfransda, 1952-ci ilin dekabrında isə Vyanada keçirilən "Xalqların Sülhü Müdafiə konfransı"nda iştirak etdi.

Məlumat üçün bildirək ki, Ağa Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin babasıdır. O, babası barədə danışarkən bunları deyib:

“Bizim tərbiyəmizdə, dünyagörüşümüzdə babamın böyük rolu olub. Babam Nəcəfdən qayıtdıqdan sonra Mirmövsüm Ağanın bacısını - mənim nənəm Zeynəb xanımı özünə həyat yoldaşı seçir və o vaxtdan demək olar ki, biz iki nəslin nümayəndəsi kimi tanınmışıq”.

Qeyd edək ki, Ağa Əlizadə 1954-cü ilin dekabrın 15-də, 84 yaşında Bakıda vəfat edib.

22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
21 Noyabr 2024 Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
21 Noyabr 2024 Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
20 Noyabr 2024 Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
20 Noyabr 2024 Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
19 Noyabr 2024 Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR
19 Noyabr 2024 Kirayə qalanların DİQQƏTİNƏ: Bunu etmək sizin üçün vacibdir
19 Noyabr 2024 Orta əmək pensiya 531 manat, yaşa görə orta pensiya 569 manat olacaq - Nazir
19 Noyabr 2024 Sosial yardım nə qədər artırılacaq? – Detallı izah
19 Noyabr 2024 Ardıcıl 6 gün iş olmayacaq - TARİXLƏR
19 Noyabr 2024 Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”
19 Noyabr 2024 Fazil Musayev: Azərbaycanda COP29-a yüksək təşkilatçılıqla öz nümunəvi modelini dünya birliyinə təqdim etməklə, hər zaman üzərinə düşən öhdəliyə vicdanla və peşəkarlıqla yanaşdığını göstərir
19 Noyabr 2024 Məhəmməd Musayev: Böyük Zəfər və sabitlik yolu

Xəbər lenti