|
Sumqayıtda Təcili Tibbi Yardım Xəstəxanasının üçüncü mərtəbəsində yanğın olub.
Xəstəxananın baş həkimi Rauf Sadıxov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə günorta saatlarında üçmərtəbəli binanın dəhlizində elektrik ştində qısa qapanma nəticəsində baş verib.
15 ədəd elektrik açarı və 2 paqonometr elektrik kabeli yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.