|
Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla erməni həmkarı Zohrab Mnatsakanyan arasında görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan Tvitterdəki hesabında məlumat yayıb.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edib.
Qeyd edək ki, sabah Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş baş tutacaq.
***
XİN-dən daxil olan məlumata görə, 28 mart tarixində Vyanada ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin vasitəçiliyi ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçirilib.
Görüş zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin irəli aparılmasının müxtəlif elementlərini, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında 29 mart tarixində keçiriləcək görüşdə toxunula biləcək məsələləri müzakirə ediblər.