12:19

Dünya praktikasında belə hadisələr baş verən zaman dövlət heç bir öhdəlik daşımır. Lakin bu tapşırıq göstərdi ki, Azərbaycan Prezidenti öz vətəndaşının yanındadır.

Axar.az xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Şahin Mustafayev “Diqlas” yanğın ilə bağlı jurnalistlərin sualına cavab olaraq deyib.

O bildirib ki, sahibkarlara ilkin maddi yardımla yanaşı, uzunmüddətli güzəştli kreditlər təklif olunacaq:

“İşçi qrupu artıq fəaliyyətə başlayıb. Sahibkarlarla görüşmüşük, onlara suallar verilir və anket doldurulur. Bu anket vasitəsilə sahibkarların problemləri qruplaşdırılır və araşdırılır. Maddi dəstəkdən başqa sahibkarlara güzəştli kreditlərlə bağlı təklif də irəli sürülüb. Güzəştli kreditlər kifayət qədər ucuzdur, yəni 4 faiz banklar və 1 faiz Sahibkarların İnkişaf Fondu. Biz hazırda çalışırıq ki, həmin 1 faizdən də imtina edək. Bu da Prezidentin niyyətidir”.

Nazir onu da bildirib ki, zərərçəkmiş sahibkarlara digər ticarət mərkəzlərində ödənişsiz satış yerləri veriləcək:

“Müxtəlif ticarət mərkəzlərinin rəhbərləri ilə görüşlər keçirilir və ticarət mərkəzlərində boş olan satış yerləri zərərçəkmiş sahibkara təklif olunur. Bu ticarət mərkəzlərində zərərçəkən sahibkarlar ilk 4-5 ay ərzində heç bir icarə haqqı ödəmədən fəaliyyət göstərəcəklər. Bu da kifayət qədər ciddi dəstəkdir. Sonra isə digərlərindən fərqli olaraq, 20 faiz aşağı icarə haqqı ödəməklə işləyəcəklər. Biz bu paketi sahibkarlara təqdim edəcəyik. İlkin olaraq maddi dəstək üçün də tədbirlər görülür. İşçi qrupu həm şənbə, həm bazar günü fəaliyyət göstərəcək. İlkin ödənişlər gələn həftə ərzində ödəniləcək. Kartlar vasitəsilə ödənişlər təslim ediləcək. 3 gün ərzində ilkin araşdırmanın nəticələrinə uyğun olaraq, dövlət tərəfindən dəstək göstəriləcək. Prezident İlham Əliyev tərəfindən İqtisadiyyat Nazirliyinə vəsait ayrılıb. Gələn həftə ərzində ilkin ödənişlər ediləcək”.

Nazir bildirib ki, orada iki ticarət mərkəzi olub və onun yenidən tikilməsi sahibinin mövqeyindən asılı olacaq:

“Diqlas” özəl ticarət mərkəzidir, onun yenidən tikilməsi isə sahibinin mövqeyindən asılı olacaq. Bu ayrıca da müzakirə edilə bilər və burada da dövlət dəstəyi məsələlərinə baxıla bilər.

İlkin araşdırmalara görə, iki ticarət mərkəzi var - “Diqlas 1” və “Diqlas2”.

Bizdə olan məlumata görə, 60-a yaxın mağaza “Diqlas 1”-də, 111 mağaza isə “Diqlas 2”-dədir. Bu, hələ dəqiq rəqəm deyil və işçi qrupu tərəfindən araşdırılır”.

25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
25 Noyabr 2024 Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
25 Noyabr 2024 Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
23 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
21 Noyabr 2024 Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
21 Noyabr 2024 Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
20 Noyabr 2024 Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
20 Noyabr 2024 Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
19 Noyabr 2024 Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR

Xəbər lenti