Speys TV-nin 31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə efirə verdiyi “Ad günü” verilişi o qədər də çal-çağırlı deyildi.

Bu sözləri Kult.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, həmin gün verilişdə əsasən lirik və qəmgin mahnılar səsləndirilib:

“31 Mart soyqırımı günündə bu verilişi verməmək də olardı. İnanırıq ki, gələcəkdə daha diqqətli olacaqlar”.

T.Dadaşov onu da bildirib ki, teleradio yayımçıları belə günlərə hazırlıqlı olmalıdır və xüsusi proqram səbəti işləməlidir:

“31 mart dövlət tərəfindən rəsmən elan olunmuş soyqırım günüdür. Teleradio yayımçıları belə tarixlərə daim hazırlıqlı olmalıdır. Onlar həmin günlər üçün xüsusi proqram səbəti işləməlidirlər. Bu proqram səbətini isə yalnız xarici istehsal olan müharibə janrında çəkilmiş filmlərlə doldurmaq yetərli deyil. Yayımçılar həm tarixi günlərlə bağlı lentə alınmış materiallara, həm də özlərinin hazırladıqları və müasir dövrün tələblərinə cavab verən efir materiallarına üstünlük verməlidirlər. Bu işdə hər şeyi dövlət büdcəsindən maliyyələşən yayımçıların üzərinə atmaq olmaz. Özəl yayımçılar da xalqımız üçün əhəmiyyətli olan tarixi günlərdə, ildönümlərində yenilikçi ruhda fəal olmalıdırlar”.

Qeyd edək ki, Speys TT 31 Mart Soyqırım Günü “Ad günü” adlı musiqili-əyləncəli proqram nümayiş etdirib.

25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
25 Noyabr 2024 Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
25 Noyabr 2024 Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
23 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
21 Noyabr 2024 Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
21 Noyabr 2024 Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
20 Noyabr 2024 Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
20 Noyabr 2024 Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
19 Noyabr 2024 Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR

Xəbər lenti