|
Bakı Metropoliteni QSC Sağlamlıq mərkəzinə həkim və tibb bacısı vəzifələri üzrə işə qəbul elan edir.
QSC-dən Axar.az-a verilən məlumata görə, metroya ali təhsilli həkim-terapevt, orta-ixtisas təhsilli tibb bacısı tələb olunur. Həkim və tibb bacısının idarəedicilik qabiliyyəti olmalı, məsuliyyətli yanaşma, komandada işləmə bacarığı mütləqdir.
Azərbaycan dilini mükəmməl bilmə və kompüter bilikləri tələb olunur.
Vəzifə öhdəliklərinə gəlincə, metropoliten əməkdaşlarına ilk tibbi yardım göstərməli və maşinistləri reysqabağı tibbi müayinədən keçirməlidir.
İş rejimi saat 09:00-dan 17:00-dəkdir.
İddiaçılar Bakı Metropoliteninin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdır.