|
Daxili İşlər Nazirliyi (DİN) körpəsini boğub öldürən ana ilə bağlı məlumat yayıb.
DİN-dən Axar.az-a verilən məlumata görə, aprelin 16-da Ağdam rayonunun Qərvənd kəndində yaşayan G.İsmayılova evində ailə-məişət münaqişəsi zəminində körpə qızını boğub. G.İsmayılova könüllü olaraq Ağdam RPŞ-yə gələrək təslim olub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.