|
17 marşrut üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək.
Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, paytaxtda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar yollarda hərəkətin məhdudlaşdırıldığı günlərdə müntəzəm marşrut xətti üzrə avtobusların fasiləsiz fəaliyyəti təmin ediləcək.
Sərnişinlərin rahat və maneəsiz daşınması üçün Bakı şəhər halqası və ona yaxın küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik ediləcək. Qeyd edilən marşrut xətləri üzrə avtobuslar alternativ küçələrdən keçməklə hərəkət edəcək.
Müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər 22.04.2019 tarixindən etibarən tətbiq ediləcək və tədbir tam başa çatanadək qüvvədə olacaq.