|
Qazaxda cinayət hadisəsi baş verib.
“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Kənd sakini, 2002-ci il təvəllüdlü M.Q küçədə mübahisə etdiyi 1999-cu il təvəllüdlü Cələddinli Rahil Sübhan oğlunu bıçaqlayıb. Bir bıçaq yarası alan Cələddinli hadisə yerində ölüb.
Faktla bağlı Qazax rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
***
Qazaxda baş verən qətl hadisəsinin bəzi təfərrütları məlum olub. Məlumata görə, hadisə az miqdarda olan borc pul üstündə olub. Belə ki, 17 yaşlı məktəbli, Qazax Dövlət Sosial İqtisad Kollecinin tələbəsi olan 20 yaşlı R.Cələddinlini ona olan borcunu ödəmədiyi üçün qətlə yetirib.