Mehdiabad polis bölməsinin əməkdaşları ictimai nəqliyyatın sürücüsünü Digah qəsəbəsində "müştərisinə" narkotik maddə satan zaman saxlayıb.

 

Xəzər xəbər-in məlumatına görə, Abşeron rayon Mehdiabad polis bölməsinə məlumat daxil olub ki, bir nəfər Digah qəsəbəsi ərazisində narkotik maddə-heroin satıb. Dərhal bölmə əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Çox çəkməyib ki, polis bu işdə şübhəli bilinən Digah qəsəbə sakini Etibar Əhədovu saxlayıb. Saxlanılan şəxs narkotik maddə satdığını etiraf edib.

Etibar Əhədov əməliyyatçılara bildirib ki, o, üstündə olan narkotik maddəni Şamil adlı şəxsə satıb. Polis saxlanılan Etibarın özünün iştirakı ilə evinə baxış keçirib. Oradan da 5 büküm heroin və pisixotrop dərmanlar aşkar edilib.

Polis bu işdə adı çəkilən Şamil Ələsgərovu da saxlayıb. O, narkotik maddəni Etibar Əhmadovdan almasını etiraf edib.

Əvvəllər üç dəfə azadlıqdan məhrum edilən Etibar Əhədovun sözlərinə görə, avtobusu idarə edərkən narkotik maddə qəbul etməyib. O, zəhərli maddəni ancaq istrahət günləri qəbul etdiyini deyir. Hər halda bu aparılan araşdırmadan sonra məlum olacaq.

Faktla bağlı isə hər iki şəxs barəsində cinayət işi başlanıb, istintaq gedir. Qeyd edək ki, ictima nəqliyyat vastəsini idarə edən şəxslər mütəmadi olaraq tibbi müayinədən keçməlidirlər. Sərnişindaşıma ilə məşğul olan bu şəxsin tibbi müayinədən hansı səbəbdən keçmədiyi isə sual doğurur.

22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
21 Noyabr 2024 Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
21 Noyabr 2024 Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
20 Noyabr 2024 Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
20 Noyabr 2024 Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
19 Noyabr 2024 Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR
19 Noyabr 2024 Kirayə qalanların DİQQƏTİNƏ: Bunu etmək sizin üçün vacibdir
19 Noyabr 2024 Orta əmək pensiya 531 manat, yaşa görə orta pensiya 569 manat olacaq - Nazir
19 Noyabr 2024 Sosial yardım nə qədər artırılacaq? – Detallı izah
19 Noyabr 2024 Ardıcıl 6 gün iş olmayacaq - TARİXLƏR
19 Noyabr 2024 Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”
19 Noyabr 2024 Fazil Musayev: Azərbaycanda COP29-a yüksək təşkilatçılıqla öz nümunəvi modelini dünya birliyinə təqdim etməklə, hər zaman üzərinə düşən öhdəliyə vicdanla və peşəkarlıqla yanaşdığını göstərir
19 Noyabr 2024 Məhəmməd Musayev: Böyük Zəfər və sabitlik yolu

Xəbər lenti