Humanitar məsələlərdə bəzi inkişafın Qarabağın həllindəki digər çətin və vacib məsələlərin həllində hansısa inkişafa gətirib çıxaracağını demək yanlış olardı.

Axar.az xəbər verir ki, bunu “1in.am” saytına müsahibəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş məsləhətçisi, ABŞ-ın keçmiş dövlət katibi Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri Pol Qobl deyib. Onun sözlərinə görə, problemin həlliylə bağlı iki əsas məsələdə - İrəvan üçün xalqların öz müqəddəratının təyinatı, Bakı üçün isə sərhədlərin toxunulmazlığı məsələsində heç bir inkişaf yoxdur ki, indiki situasiyadan çıxış əldə etmək imkanı yaransın.

O, yaxın zamanlarda yaranmış çətin vəziyyətdən çıxışın tapılacağına inanmadığını deyib.

Qobl hazırda danışıqlar prosesindəki vasitəçilərdən heç birinin hər iki tərəfi razı salacaq təklifi olmadığını söyləyib.

Politoloq Paşinyanın Qarabağın danışıqlar prosesində iştirakı təklifinin qəbulunun Bakı üçün qəbuledilməz olduğunu söyləyib. Bununla belə o, digər ssenarinin – ikipilləli danışıqların da real ola biləcəyini deyib:

“Bunlardan birincisi ictimai xarakterli danışıqlardır ki, yalnız Bakı və İrəvanın iştirakıyla aprılacaq. Digər tərəfdən ictimailəşdirilməyən danışıqlar da aparıla bilər. Burada tərəflərdən hər biri Qarabağ ermənilərinin rəhbərləri ilə konsultasiyalar apara bilər. Bununla belə, indiki zamanda bu ssenarinin böyük perspektivləri yoxdur”.

O, Bakıyla İrəvanın bundan sonra da dialoqu davam etdirəcəyini bildirib.

Qobl böyük güclərin dialoqun davam etdirilməsində israrlı olduğunu, amma dialoqun real danışıqlar və ya hansısa həll olduğu anlamına gəlmədiyini qeyd edib.

25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
25 Noyabr 2024 Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
25 Noyabr 2024 Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
23 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
21 Noyabr 2024 Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
21 Noyabr 2024 Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
20 Noyabr 2024 Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
20 Noyabr 2024 Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
19 Noyabr 2024 Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR

Xəbər lenti