|
Daxili İşlər və Ekologiya və Təbii Sərvətlər nazirlikləri ekologiya və ətraf mühitin mühafizəsinə yönəlmiş tədbirlər planı imzalayıb.
Report xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdosi Əlizadə deyib.
O bildirib ki, tədbirlər planı əsasında işlər görülür: "Tədbirlər planının hazırlanmasında məqsəd iki nazirliyin birlikdə ekologiya və ətraf mühitin mühafizəsinə yönəlik fəaliyyət göstərməsidir. Yəni, qanunsuz qum-çınqıl, meşə materialı, torpağın üst qatının daşınmasına qarşı birgə mübarizə aparacağıq. İaşə obyektləri tərəfindən edilən qanunsuzluqlara qarşı da Daxili İşlər Nazirliyi ilə birgə tədbirlər görəcəyik".