|
Martın 26-da dəhşətli yanğınla yararsız hala düşən “Diqlas” Ticarət Mərkəzi sökülür.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hazırda binanın yuxarı mərtəbələrində beton layların dağıdılması işi aparılır. Söküntü materialları kran vasitəsilə binanın həyətinə yığılır. Söküntü ərazisi dəmir lövhələrdə çəpərlənsə də, səddin digər tərəfindən həyat öz axarında davam edir. “Vosmoy” bazarının piştaxtaları elə söküntüyə sədd olan dəmir lövhənin qarşısında qurulub. Ərazidə yaşayış olduğu üçün söküntü ehtiyatla aparılır, buna görə də binanın tam sökülməsi uzun vaxt apara bilər.
Söküntünü Fövqəladə Hallar Nazirliyi həyata keçirir.
Murad Əhməd
Fotolar: Pərvin Zeynal