|
Millət vəkili Aydın Mirzəzadə ali məktəbə qəbul olan abituriyentə böyük jest edib.
Axar.az xəbər verir ki, millət vəkili Feysbuk hesabında ali məktəbə qəbul imtahının ikinci mərhələsində maksimum bal yığan Mingəçevir sakini Aysel Seydəhmədovaya hədiyyə təqdim edəcəyini bildirib.
“Ali məktəblərə qəbul üzrə ikinci imtahanlarda I qrupda Mingəçevir şəhər 8 saylı məktəbin məzunu Seydəhmədova Aysel Rauf qızı maksimum - 400 bal yığıb. Respublika üzrə beş məzun belə yüksək bal toplaya bilib.
İndi Ayselin telefon nömrəsini taparaq ona zəng etdim, özü və valideynləri ilə danışdım. Ata fəhlə, ana evdar qadındır, iki övlad böyüdürlər. İkinci övladları da məktəbdə əla qiymətlərlə oxuyur.
Valideynləri və Ayseli təbrik etdim, onlara gözaydınlığı verdim. Onun uğurunun tək özünün deyil, bütün Azərbaycan təhsilinin uğuru olduğunu bildirdim.
Ayselə hədiyyə etmək istədiyimi dedim və öz arzusunu soruşdum. Onun istəyi ilə ailələrinə lazım olan bir hədiyyə alınıb ailəyə təqdim ediləcək”, - millət vəkili qeyd edib.