|
İsveçrə hökuməti Gülnarə Kərimova işiylə əlaqədar mənimsənilən 555 milyon dolların Özbəkistana qaytarılmasını dayandırıb.
Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində Kərimovanın vəkili Qriqori Manja paylaşıb.
“İsveçrə Federal Cinayət Məhkəməsində üçüncü böyük qələbə. 555 milyon dolların geri qaytarılması dərhal dayandırılıb”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə İsveçrə Baş Prokurorluğu Kərimovaya aid olan 130 milyon dolların Daşkəndə veriləcəyi barədə məlumat yaymışdı.