|
2019-cu ilin yanvar-may aylarında Azərbaycanda nəqliyyatçılar 791,1 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox sərnişinə xidmət göstəriblər.
Trend-in məlumatına görə, sərnişinlərin 87,3 faizi avtomobil, 12,5 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı ilə daşınıb.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 690,4 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artım qeydə alınıb.
Sərnişinlərin 95,9 faizi avtobus, 4,1 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 0,9 faiz azalaraq 98,6 milyon nəfər olub.
Hava nəqliyyatı ilə 856,2 min və ya 3,4 faiz çox sərnişin daşınıb.