|
ABŞ müasir silahlarını Ukraynaya verməyəcək.
Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın keçmiş xarici kəşfiyyat xidməti rəisi Nikolay Malomuj deyib.
Onun sözlərinə görə, ABŞ özünün ən müasir silahlarının Rusiyanın əlinə keçməsindən ehtiyat edəcək və Ukraynaya güclü, yüksək texnologiyalı silahları satmayacaq.
Malomuj həmçinin ölkə rəhbərliyini yerli silahlara yatırım qoymağa çağırıb.