|
Rusiya Prezidenti Vladimir Putinin imzaladığı müvafiq fərmanla 8 iyul tarixində qüvvəyə minəcək qadağaya əsasən bu gün Rusiyanın “Uralskie Avialinie” və S7 şirkətlərinə aid olan təyyarələr Gürcüstan paytaxtından çıxan axırıncı təyyarələr olublar.
Axar.az xəbər verir ki, iki ölkə arasında birbaşa aviareysləri altı Rusiya və iki Gürcüstan aviaşirkəti həyata keçirirdi.
“Uralskie Avialinie” şirkətinə məxsus təyyarə Krasnodara, S7 şirkətinə aid olan təyyarə isə Moskvaya yola düşüb.
Gecəyarı Batumidən Yekatrinburqa uçan təyyarə ilə daha bir reys sona çatacaq.
Moskvadan əks istiqamətdə isə “Aeroflot”a aid hava gəmisi bu gecə yola düşəcək.