UNESKO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında hər bir azərbaycanlını sevindirəcək hadisə baş verdi.

Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESKO-nun Ümumdünya İrs Siyahısına salındı. Bu çox əhəmiyyətli və tarixi bir hadisədir.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə sosial şəbəkədə açdığı canlı yayımda Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması ilə bağlı danışarkən deyib. O bildirib ki, Azərbaycan vaxtaşırı bu və ya digər mədəni irs nümunəsinin həmin siyahıya salınması üçün UNESKO-ya müraciət edir:

“Azərbaycan daha çox irs nümunələrinin həmin siyahıya salınması üçün çalışır. UNESKO-nun qaydalarına görə, ərizə təqdim edildikdən ən tezi 2 il sonra həmin siyahıya baxılır. Komitənin ildə bir dəfə keçirilən sessiyasında hər ölkə bir maddi, iki qeyri-maddi obyektinin müzakirəsini təklif edə bilər. Bu baxımdan bəzən hansısa bir abidəmizin bu siyahıya daxil edilməsi üçün uzun müddət gözlənilir. Ölkə abidəsinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması onun bəşəriyyətin tarixinə, mədəniyyətinə aid olduğunu göstərir. Hazırda ən çox ümumdünya mirasına sahib ölkələr arasında liderlik İtaliyadadır. Bu ölkənin 54 obyekti siyahıya daxil edilib. Azərbaycan tərəfindən isə bu komitəyə ilk müraciət 1998-ci ildə edilib. İlk obyektimiz 2008-ci ildə həmin siyahıya salınıb. Şəki ilə birlikdə artıq ölkəmizin 4 möhtəşəm obyekti UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb. Müqayisə üçün bildirim ki, Gürcüstanda 4, Ermənistanda isə 3 obyekt UNESKO-nun bu siyahasına daxil edilib”.

Millət vəkili onu da qeyd edib ki, aidiyyəti dövlət qurumları ictimaiyyəti UNESKO-nun Dünya İrs Komitəsinə salınan abidələrimiz barədə yetərincə məlumatlandırmır:

“Hazırda UNESKO-nun maddi irs siyahında Azərbaycan tərəfindən namizəd kimi 8 obyektin nümunəsi var. Bunlara Şuşa tarix-memarlıq qoruğu da daxildir. Şübhəmiz yoxdur ki, gələcəkdə bu abidələr də UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil ediləcək. Dünən Şəkinin Ümumdünya İrs Siyahısına salınmasından sonra Şuşanın da bu siyahıya daxil olmasını istədim. Bununla bağlı təklif də irəli sürmək fikrində idim. Lakin UNESKO ilə bağlı məlumatlara daxil olan zaman gördüm ki, Şuşa ilə bağlı təklif 2011-ci ildə irəli sürülüb. Bu təklifə nə zaman baxılacağı ilə bağlı dəqiq proqnoz vermək çətindir. Ancaq onu deyə bilərəm ki, Şuşanın tarixi ilə bağlı Azərbaycanın verdiyi məlumatın ingilis dilində olan versiyası ilə tanış olduqda gördüm ki, bu şəhərin Azərbaycan xalqının mədəniyyət beşiyi olması ilə bağlı faktlar və zəngin məlumatlar var. Hesab edirəm ki, bütün bunlar UNESKO-nun diqqətini cəlb edəcək. Mən çox istərdim ki, bu məsələlər Mədəniyyət Nazirliyi tərəfindən daha çox işıqlandırılsın. Çox təəssüflər olsun ki, biz UNESKO-nun həm maddi, həm də qeyri-maddi irs siyahısında Azərbaycanın hansı obyektlərinin, hansı nümunələrinin yer alması ilə bağlı Azərbaycan dilində olan məlumata çox az rast gəlirik. Bu sahədə ciddi boşluq var. Bu sahədə Mədəniyyət və Təhsil Nazirliyimizin, yaradıcı təşkilatların fəaliyyət göstərməsinə ehtiyac hiss olunur. Həmin siyahıya salınmış və yaxud da salınması namizəd kimi irəli sürülən obyektlər barədə Azərbaycan ictimaiyyəti məlumatlandırılmalıdır. Eyni zamanda həmin o obyektlərin turist marşurutlarına salınmasına, xaricdə təbliğinə imkan yaradılmalıdır. Hesab edirəm ki, vaxtaşırı ictimaiyyət də yeni-yeni obyektlərin və yaxud da hansısa bir qeyri-maddi irsimizin siyahıya salınması üçün dövlətə təkliflər verə bilər. Fikirimcə, bəzi şəhərlərimiz – Lənkəranın, Qazaxın tarixi hissəsi, Heydər Əliyev Mərkəzi və digər yerlərlə bağlı təkliflərimizi də verə bilərik. Hətta müəyyən adət-ənənələrimizin də UNESKO-nun İrs Siyahısına salınması üçün təklif irəli sürülməlidir”.

25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
25 Noyabr 2024 Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
25 Noyabr 2024 Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
23 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
21 Noyabr 2024 Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
21 Noyabr 2024 Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
20 Noyabr 2024 Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
20 Noyabr 2024 Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
19 Noyabr 2024 Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR

Xəbər lenti