|
Avtomobil qəzalarında ölənlərin sayı durmadan artır.
Real TV-nin məlumatına görə, son zamanlar xarici ölkələrdən paytaxta gətirilən mikroavtobuslarla sərnişindaşıma fəaliyyəti göstərən sürücülərin çoxluğu müşahidə olunur. Yol qəzaları isə mikroavtobus sürücülərinin nəqliyyat vasitəsini idarə etməzdən əvvəl tibbi müayinədən keçməməsi və avtomobilin sazlığının yoxlanmamasından irəli gəlir.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, sənişin daşıyan hər bir sürücü avtomobilin texniki sazlığını daim nəzarətdə saxlamalıdır.
DANX-nin mətbuat katibi Nuridə Allahyarova isə deyir ki, sərnişinlər qeyri-qanuni sərnişindaşıma xidməti ilə məşğul olan sürücülərdən imtina etməlidirlər.
Qeyd edək ki, şəhərlərarası standartlara uyğun olmayan nəqliyyat vasitələrindən vətəndaşların istifadə etməməsi məsləhət görülür.