Hərb meydanında almanların deyil, rusların darmadağın olduğu deyilir.

 

İkinci dünya müharibəsinin ən böyük tank döyüşündə Qırmızı ordunun “möhtəşəm qələbəsi” barədə öyərədilənlər tamamilə yalanmış.

Bu iddia ilə Almaniyanın “Die Welt” qəzeti çıxış edib. Qəzet 1943-cü ilin iyulun 12-də Proxorovka çölündə baş verən döyüşün fərqli nəticə ilə sonlandığını alman kəşfiyyatının əldə etdiyi fotoşəkillərlə sübuta yetirildiyini bildirir.

“Proxorovka çölündəki qələbə şərəfində ucaldılmış ağ kilsə zəngi və onun üzərindəki Məryəm ana fiquru dərhal sökülməlidir”,-deyə məqalə müəllifi Sven Feliks Kellerxof yazır.

Müəllifin sözlərinə görə ümumiyyətlə həmin vaxt heç bir iri tank döyüşü baş verməyib. Sovet ordusunun 29-cu tank korpusuna aid 200 tank sadəcə olaraq alman mövqelərinə kamikadze yürüşü həyata keçiriblər.

Bununla bağlı alman hərb tarixçisi Karl-Haynts Frizer dəfələrlə yazıb. İndi isə onun mövqeyi britaniyalı həmkarı Ben Utli tərəfindən dəstəklənir.

Sonuncu ABŞ-ın Merliend ştatında yerləşən Kollec-parkın milli arxivində Almaniyanı şərq cəbhəsindəki bir neçə kəşfiyyat fotoşəkli aşkar edib. Burada Proxorovkada sovet tanklarının üzləşdiyi dəhşətli məğlubiyyətin izləri görünür.

“Ümumiyyətlə rəsmi versiyaya görə 1943-cü ilin iyul ayının 12-də, bazar ertəsi günü Almaniyanın “Sitadel” hücum əməliyyatı gedişində iki süvari (zirehli) ordular üzə üzə gəlib və bu döyüşdə 850 sovet , 800 alman tankı iştirak edib. Sovet təbliğatına inanılsa həmin savaşda Vermaxtın 400 hərbi maşını məhv edilib.

Lakin əslində isə 676 sovet tankına qarşı 186 alman döyüş maşını çıxıb. Həmin gün Qırmızı ordu 235, almanlar isə cəmi 5 tank itirib. Özü də bütün bunlar cəmi bir neçə kvadart kilometrlik ərazidə baş verib.”,-deyə məqalədə bildirirlir.

Əsas döyüş yeri isə “252,2” yüksəkliyindən qərbdə baş verib. İyul ayının 12-nin səhəri sovet tankları metal lava kimi 252,2 yüksəkliyindən aşağıya doğru axışdığı zamanı dərniliyi 4,5 olan çuxura doğru düşüblər.Belə bir süni xəndək əslində komandir Pavel Rotmistrovun xəritələrində qeyd olnubmuş, lakin o buna məhəl qoymayıb.

Hər bir halda onun tankları olduqca dar yerə cəmlənib ki, bu da onları çuxurun iki tərəfində də pusqu quran almanlar üçün ideal hədəf halına gətirib.

“T-34-lərdən gələn avlovlar, ölü və yaralılar əsl cəhənnəmi xatırladırdı”,-deyə döyüşdə iştirak etmiş Almaniyanın xarici işlər nazirinin oğlu Rudolf fon Ribbentrop yazırmış.

“Mixael Vittmannın komandanlığı altında Cəmi 4 “Pələng” tankımız 55 rus tankını məhv etdi. Döyüşdən sonrakı mənzərə əsl tank məzarlığını xatırldadırdı”, - deyə o qeyd edib.

Məqalədə yazıldığına görə, alman generalı bu cür möhtəşəm zəfərə əvvəlcə inanmadıqları üçün bölgəyə bir neçə kəşfiyyatçı təyyarə göndəriblər. B.Utlinin aşkar etdiyi də məhz 1943-cü ilin iyul ayının 14 və 15-də, habelə avqustda havadan çəkilən fotolardır.

“Burada açıq aşkar tank əleyhinə xəndək və 252,2 yüksəkliyi arasında yüzdən çox əzilmiş T-34 tankı görünür. Bundan bir qədər aralıda şimal qərb istiqamətində is B.Utli Vitmanın “Pələng”lərinin yox etdiyi 32 T-34, 12 T-70, və 11 Böyük Britaniyanın sovetlərə verdiyi tanklarının şəkillərini aşkar edib”, - deyə məqaləni sonunda qeyd olunub.

Musavat.com

25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
25 Noyabr 2024 Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
25 Noyabr 2024 Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
23 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
21 Noyabr 2024 Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
21 Noyabr 2024 Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
20 Noyabr 2024 Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
20 Noyabr 2024 Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
19 Noyabr 2024 Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR

Xəbər lenti