|
Mən Azərbaycan və gürcü xalqlarının müdrikliyinə inanıram.
Biz yüzilliklərdir ki, xeyirxah dünyada yaşayırıq.
Axar.az xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bunu Virtualaz.org-a Gürcüstan-Azərbaycan sərhədinin keçdiyi Keşikçidağ monastır kompleksi ətrafında baş verən hadisələrlə bağlı danışarkən deyib.
Gürcüstanın keçmiş prezidenti qeyd edib ki, daha əvvəl o öz Feysbuk səhifəsində bütün bu hadisələr haqda fikrini bildirib.
M.Saakaşvili vurğulayıb ki, ona yalnız bütün bu problemlərin həll olunmasını və Azərbaycanla Gürcüstanın yaxşı qonşuluq münasibətlərini saxlamalarını və inkişaf etdirmələrini arzulamaq qalır.