Bir müddət öncə Sankt-Peterburqda yaşayan bir azərbaycanlının Yutub sosial şəbəkəsində yayılan səs yazısı narahatlıqla qarşılanmışdı.

 

Axar.az xəbər verir ki, səs yazısında azərbaycanlı Sankt-Peterburqun Sofiyski bazarına Ermənistandan daxil olan şaftalı yeşiklərinin içərisində bir zərf tapıldığını bildirmişdi. İddiaya görə, zərfi Ermənistanda əsirlikdə saxlanılan azərbaycanlı yazıb. O, Ermənistanda necə dözülməz şəraitdə saxlandıqlarını, işgəncələrə məruz qaldıqlarını bildirir və kömək istəyirmiş.

Məktubun fotosu və digər təsdiqləyici faktlar olmasa da, məlumat diqqət çəkməyə bilməzdi.

Bu gün isə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarlarla bağlı ən son statistikanı təqdim edib.

Belə ki, 1 avqust 2018-ci il tarixinə itkin düşənlərin sayı 3875 nəfərdir. Onlardan 3610 nəfəri kişi, 265 nəfəri qadındır.

İtkin düşmş şəxslərin 3168 nəfəri hərbçi, 707 nəfəri mülki vətəndaşdır. 707 nəfərdən 67-si uşaq, 265-i qadın, 324-ü qocadır.

Əsir-girov götürülməsi barədə Dövlət Komissiyasına məlumatlar daxil olmuş şəxslərin sayı 871 nəfərdir. Bunlardan 773-ü kişi, 98-i qadındır.

Əsir-girov götürüldüyü bildirilən şəxslərdən 604 nəfəri hərbçi, 267 nəfəri mülki şəxs olub. 604 mülki vətəndaşın 29-u uşaq, 98-i qadın, 112-si qocadır.

Əsir və girovluqdan azad edilmiş şəxslərin sayı 1476 nəfər olub. Bunun 1113 nəfəri kişi, 363 nəfəri qadındır.

Əsir və girovluqdan azad edilənlərin 362 nəfəri hərbçi, 1114 nəfəri mülki şəxsdir. Mülki şəxslərin 223-ü uşaq, 363-ü qadın, 224-ü qoca olub.

22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
21 Noyabr 2024 Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
21 Noyabr 2024 Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
20 Noyabr 2024 Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
20 Noyabr 2024 Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
19 Noyabr 2024 Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR
19 Noyabr 2024 Kirayə qalanların DİQQƏTİNƏ: Bunu etmək sizin üçün vacibdir
19 Noyabr 2024 Orta əmək pensiya 531 manat, yaşa görə orta pensiya 569 manat olacaq - Nazir
19 Noyabr 2024 Sosial yardım nə qədər artırılacaq? – Detallı izah
19 Noyabr 2024 Ardıcıl 6 gün iş olmayacaq - TARİXLƏR
19 Noyabr 2024 Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”
19 Noyabr 2024 Fazil Musayev: Azərbaycanda COP29-a yüksək təşkilatçılıqla öz nümunəvi modelini dünya birliyinə təqdim etməklə, hər zaman üzərinə düşən öhdəliyə vicdanla və peşəkarlıqla yanaşdığını göstərir
19 Noyabr 2024 Məhəmməd Musayev: Böyük Zəfər və sabitlik yolu

Xəbər lenti