Naxçıvana gedən sərnişin avtobusları İranda yoxlanılmayacaq

Azərbaycan-İran gömrük xidmətləri arasında əldə olunan razılığa əsasən iyulun 24-dən etibarən Bakı-Naxçıvan-Bakı marşrut xətti üzrə səfər edən sərnişin avtobusları daha tez mənzil başına çatacaq və sərhədkeçmə prosesi zamanı tətbiq edilən gömrük nəzarəti yoxlamaları azaldılacaq. 

“Qafqazinfo” xəbər veirr ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi və DANX İctimaiyyətlə əlaqələr sektorunun birgə yaydığı məlumatda deyilir.

Məlumata görə, əvvəllər sərhədi keçən avtobuslar hər iki ölkənin gömrük postlarında ümumilikdə 4 dəfə gömrük nəzarətindən keçirilir və bu zaman həm də sərnişinlərin əl yüklərin dəfələrlə yoxlanılırdı. Bu da vaxt itkisi ilə yanaşı, xüsusilə gecə reyslərində səyahət edən sərnişinlər üçün diskomfort vəziyyət yaradırdı.

Son bir il ərzində İranın gömrük xidmətinin rəhbərliyi ilə Bakıda və Naxçıvanda keçirilən ikitərəfli görüşlərdə DGK rəhbərliyi tərəfindən bu məsələnin həlli istiqamətində dəfələrlə müvafiq təkliflər irəli sürülüb. Eyni zamanda, NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən İranın müvafiq qurumları qarşısında məsələ qaldırılıb. Aparılan danışıqların və həyata keçirilən tədbirlərin nəticəsi olaraq iyun ayının 13-ü 2019-cu ildə Azərbaycanla İran arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində birgə komissiyanın növbəti iclasında Bakı-Naxçıvan-Bakı marşrut xətti üzrə hərəkətdə olan avtobuslardakı əl yüklərinin sərhəd keçid məntəqələrində yoxlanma prosedurlarında dəyişikliyə dair razılıq əldə olunub. 

Razılığa əsasən Azərbaycan tərəfdə gömrük nəzarətindən keçirilən avtobuslar və sərnişinlərə aid yüklər xüsusi nömrələr və plomblarla təmin olunduqdan sonra İran ərazisinə daxil olur. İki ölkənin gömrük orqanları arasında imzalanan memoranduma əsasən Azərbaycan qarşı tərəfə avtobusların yük yerlərində qaçaqmal faktı təşkil edən və İran ərazisində dövriyyəsi qadağan edilən malların olmadığına dair təminat verdiyi üçün avtobuslar İranda artıq gömrük yoxlamasından keçirilmir. Beləliklə, İran ərazisinə daxil olan avtobusun heç bir əlavə yoxlama aparılmadan sürətli şəkildə gömrük postlarından keçidi təmin olunur.

İyulun 24-də yeni qaydaların tətbiqi çərçivəsində iki ölkənin gömrük orqanlarının nümayəndələri arasında görüş keçirilib. Bu gün səhər saat 09:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı-Naxçıvan-Bakı marşrutu ilə yola düşən avtobus saat 11:30-da Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postuna çatıb. Postun ərazisinə daxil olan sərnişin avtobusunun sərhədkeçmə prosesi hər ölkənin gömrük xidmətinin nümayəndələri tərəfindən izlənilib. Sərnişinlərə məxsus əl yükləri yoxlanıldıqdan və müvafiq nömrələrlə təmin edildikdən sonra avtobusun yük yerinə yığılıb və nəqliyyat vasitəsi gömrük təminatı vurularaq yola salınıb. Daha sonra nümayəndə heyətlərinin üzvləri İran tərəfə keçərək buradakı gömrük postunda həyata keçirilən prosesləri müşahidə ediblər.

Qeyd edək ki, tərəflər arasında keçirilən görüş zamanı iki ölkə arasında gömrük sahəsində əməkdaşlığın daha da gücləndirilməsi, tranzit dəhlizlərinin potensialının artırılması, gömrük prosedurlarının sadələşdirilməsi və digər məsələlər ətrafında da müzakirələr aparılıb.

26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı
26 Noyabr 2024 Təhsil müəssisələrindəki istilik problemi ilə bağlı rəsmi AÇIQLAMA
26 Noyabr 2024 “Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ: 45 gün ərzində...
26 Noyabr 2024 Yol polisi piyadalara ÇAĞIRIŞ ETDİ
25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
25 Noyabr 2024 Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
25 Noyabr 2024 Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
23 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı

Xəbər lenti