|
Batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bu gün Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Corat və Hövsan sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub.