|
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 27-də Bakı şəhər sakini Ş.Quliyevə küt alətlə xəsarət yetirib 350 manat pul və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakinləri İ.Qurbanov, E.Bəhmənli, Şəki şəhər sakini A.Əliyev və Gəncə şəhər sakini F.Məmmədov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, İ.Qurbanovun və F.Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların daha bir nəfəri döyüb 50 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə almaları da müəyyənləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.