“Palmali” Şirkətlər Qrupuna məxsus daha bir gəmi suya buraxılıb.

 

Teleqraf.com xəbər verir ki, Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan gəminin açılışında şirkətin prezidenti Mübariz Qurbanoğlu (Mənsimov), Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, keçmiş təhsil naziri Firudin Cəlilov, jurnalist və QHT nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında iştirak edən F.Cəlilov çıxışında belə deyib: "Rəsulzadənin qurduğu dövlət, təəssüf ki, iki il yaşadı. Mən qürur duyuram ki, Məhəmməd Əmin bəyin qaldırdığı bayrağı 70 il sonra təkrar biz qaldırdıq. Rəsulzadə işğaldan sonra mühacirətdə çoxlu kitablar yazıb. O kitablar mənim kitabxanamda var. Və bu gün qərara gəldim ki, arxivimdəki bu kitabları gəminin heyətinə hədiyyə edim".

Mübariz Mənsimov çıxış edərək qeyd edib ki, onlar üçün bu gəminin çox böyük anlamı var: "Rəsulzadə müsəlman şərqində ilk cümhuriyyəti qurub. İnşallah, bu gəmi düzgün, şəffaf, insanların xeyrinə xidmət edən yüklər daşıyar".

Rəis Rəsulzadə isə tarixi günlə bağlı bunları deyib: "Mən xoşbəxtəm ki, bu tarixi hadisədə iştirak edə bildim. Mənim Rəsulzadə haqqında çox danışmağım yerinə düşməz. Sadəcə onu deyim ki, bəzən Rəsulzadə haqqında "quruculardan biri" ifadəsini işlədirlər, bu, doğru deyil, o qurucudur".

Daha sonra Rəis Rəsulzadə çəkdiyi bəzi rəsm əsərlərini və babası haqqında yazılmış kitabları gəminin heyətinə hədiyyə edib.

25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
25 Noyabr 2024 Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
25 Noyabr 2024 Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
23 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
21 Noyabr 2024 Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
21 Noyabr 2024 Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
20 Noyabr 2024 Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
20 Noyabr 2024 Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı

Xəbər lenti