Yol polisi tərəfindən uşaqlar üçün növbəti yariş təşkil olunub ile ilgili görsel sonucuBaş DYP İdarəsi «Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nın məqsədlərinə uyğun olaraq, eləcə də Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən, cari ilin sentyabr ayının 15-dən etibarən respublika ərazisində “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığı keçirir.
Aylıq çərçivəsində yol hərəkəti qaydalarının təbliğinə həsr olunmuş növbəti tədbir 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilib.
Yarış formasında keçirilən tədbirdə əsas məqsəd, yol hərəkəti təhlükəsizliyinin təbliği ilə bağlı təhsil müəssisələrində aparılan maarifləndirmə işlərini daha da gücləndirmək, eyni zamanda bu işdə uşaq və yeniyetmələri aktiv iştirakçılığa cəlb olunmasıdır.

Tədbirdə, mərkəzin mütəxəssisləri ilə yanaşı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin və Bakı şəhər DYP-nin ictimai qurumlarla əlaqə xidmətinin əməkdaşları, habelə ekspert  qismində E.Muradlı iştirak etmişlər.
Üç komandanın iştirak etdiyi yarışda iştirakçıların yol hərəkəti qaydaları mövzüsunda nəzəri və praktiki çalışmalar yerinə yetirmələri, həmin mövzuda rəsm çəkmələri nəzərdə tutulmuşdur.
 Eyni zamanda yarışda küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması və yol hərəkəti qaydalarının öyrənilməsinə həsr olunmuş açıq dərs keçirilib. Dərs müddətində aparılan müzakirələr uşaqlar tərəfindən böyük maraqla qarşılanmış, onların yol hərəkəti qaydaları ilə bağlı sualları cavablandırılmışdır.
Tədbirin sonunda yarışın qalibləri müəyyən olunmuş və onlar  Baş DYP İdarəsi tərəfindən diplomlar və hədiyələrlə təltif edilmişlər.

Qeyd edək ki, yeni dərs ilinin başlanması ərəfəsində Baş DYP İdarəsi tərəfindən 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin ərazisində mövcud olan avtoşəhərçikdə  yeni nişanlanma xəttləri çəkilmiş, yol nişanları qoyulmuş, köhnələri isə yeniləri ilə əvəzlənmişdir.
Bununla yanaşı, yarışın keçirilməsi üçün Baş DYP İdarəsi tərəfindən 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinə lazımi əşyalar və velosipedlər hədiyyə edilmişdir.
Yarışın sonunda mərkəzin əməkdaşları , uşaqlar və valideynlər göstərilən diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
26 Noyabr 2024 Yol polisi piyadalara ÇAĞIRIŞ ETDİ
25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
25 Noyabr 2024 Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
25 Noyabr 2024 Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
23 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
21 Noyabr 2024 Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
21 Noyabr 2024 Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
20 Noyabr 2024 Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq

Xəbər lenti