Baş Dövlət Yol Polisi İdarəsi bu dəfə sərnişinləri maarifləndirdi ile ilgili görsel sonucu
«Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair  2019-2023-cü illər üçün Dövlət Proqramı»nın məqsədlərinə, eyni zamanda  sərnişin daşıma sahəsində hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinin bilavasitə göstərişlərinə uyğun olaraq, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qabaqlayıcı tədbirlərin, maarifləndirmə xarakterli görüşlərin keçirilməsinə diqqət daha da artırılmışdır.


DYP  əməkdaşları bu dəfə Bakı Beynalxalq Avtovağzal Kompleksində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən elektron və çap materialı formasında hazırlanmış tövsiyə xarakterli məlumatları sərnişinlərin diqqətinə çatdıraraq onları yolda üzləşə biləcəkləri təhlükələrdən xəbərdar etməyə çalışıblar.

Belə ki, məlumat xarakterli həmin materialda sərnişinlərə həyatlarını etibar etdikləri sürücülərin nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarına riayət etmələrinə diqqət yetirmələri, onların qanunazidd davranışlarına biganə qalmamaları tövsiyə edilmişdir.
Ələlxüsus sərnişinlərdən, nəqliyyat vasitələrində hərəkət zamanı sürücünün diqqətini yayındıra biləcək söhbətlər aparmamaq, belə söhbətlərdə iştirak edən sürücülərə etiraz etmək, nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə edən, yol hərəkəti qaydalarını pozan sürücülərə irad bildirmək, onları intizamlı olmağa dəvət etmək xahiş olunur.

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər barəsində dərhal Baş Dövlət Yol Polisi İdarəsinin “902” Qaynar Xəttinə məlumat vermələri də sərnişinlərdən xahiş olunur.
Təsadüfi deyildir ki, bu səpkidə keçirilən maarifləndirmə tədbirləri və təqdim olunan təbliğat materialları sərnişinlər tərəfindən maraqla qarşılanmış, müsbət rəy almışdır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarına təhlükəsiz yol arzulayır və onlardan yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.
26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı
26 Noyabr 2024 Təhsil müəssisələrindəki istilik problemi ilə bağlı rəsmi AÇIQLAMA
26 Noyabr 2024 “Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ: 45 gün ərzində...
26 Noyabr 2024 Yol polisi piyadalara ÇAĞIRIŞ ETDİ
25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
25 Noyabr 2024 Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
25 Noyabr 2024 Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
23 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı

Xəbər lenti