DYP sürücülərə müraciət etdi: Bu yol bağlı olacaq
300 metr məsafədə yolun hərəkət hissəsi nəqliyyat vasitələri üçün tam məhdudlaşdırılıb
Baş Dövlət Yol Polisi İdarəsi yolun bağlanması ilə bağlı müraciət yayıb. Avtosfer.az xəbər verir ki, DYP-dən verilən məlumata görə, 14 oktyabr 2019-cu il tarixdə Abşeron rayonu, Masazır dairəsindən “Gənclər şəhərciyi” istiqamətində olan köməkçi yolda təmir-qazıntı işlərinin aparılması ilə əlaqədar 300 metr məsafədə yolun hərəkət hissəsi nəqliyyat vasitələri üçün tam məhdudlaşdırılıb. Bunu nəzərə alaraq sürücülərdən xahiş olunur ki, müəyyən müddət ərzində alternativ yollardan istifadə etsinlər.

Xəbər lenti