"Bu gün diqqət etmişəm ki, orada 5-6 adam və 2-3 ədəd də texnika işləyir" "Bakı-Sumqayıt yolunda yenə də boru basdırma işləri səbəbindən tıxacdır. Hər halda belə işlər də görülməlidir. Qoy görsünlər, işləri avand olsun." Yol-xeber.az xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov deyib. Hüquqşünas hesab edir ki, bu düzgün deyil axı. "Bu gün diqqət etmişəm ki, orada 5-6 adam və 2-3 ədəd də texnika işləyir. Bu minvalla ən azı 1 ay oradan keçmək əzab olacaq. Qardaşlar, siz ölkəmizin ən yüklənmiş, beynəlxalq əhəmiyyətli yolunda işlədiyinizin fərqindəsinizmi? Camaat 1 aya 100 kilometr uzunluqda 6 zolaqlı avtomagistral tikir. Olmazmı ki, siz də texnikanızı və adamlarınızı ora töküb gecə-gündüz işləməklə bu işi 3-4 günə bitirəsiniz. Axı bu mümkündür. İnsanları da düşünmək lazımdır… Belə işlərə icazə verməli dövlət orqanları (AAYDA, DYP) da gərək bu qaydada işlərə imkan verməsinlər."