Belarus Respublikasının  paytaxtı Minsk şəhərində keçirilən  MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı  Şurasının 71-ci iclası çərçivəsində  Azərbaycanla Özbəkistan Dəmir Yolları arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələr “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “Özbəkistan Dəmir Yolları” Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Xusnutdin Xasilov arasında aparılıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, son illərdə nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində ölkəmiz iri  tranzit və logistik mərkəzə çevrilir. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır, mövcud dəmir yolu infrastrukturu modernləşdirilir.

Sonra ikitərəfli əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.

 “Özbəkistan Dəmir Yolları” Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Xusnutdin Xasilov Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Özbəkistan bu marşrutdan fəal istifadə etməkdə və xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır.

Görüşdə ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı
26 Noyabr 2024 Təhsil müəssisələrindəki istilik problemi ilə bağlı rəsmi AÇIQLAMA
26 Noyabr 2024 “Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ: 45 gün ərzində...
26 Noyabr 2024 Yol polisi piyadalara ÇAĞIRIŞ ETDİ
25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
25 Noyabr 2024 Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
25 Noyabr 2024 Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
23 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı

Xəbər lenti