|
Xəbər verdiyimiz kimi, "Həmin Zaur" axşam şousunda verilişin aparıcısı Zaur Kamal canlı efirə çağırdığı əslən Cənubi Azərbaycandan olan müğənni Afşin Azərini efirdən qovub.
Aparıcı bu addımı atmasına səbəb kimi isə qarşı tərəfin ona hörmətsizlik etməsini göstərsə də, onun bu hərəkəti müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı Azərbaycan Audiovizual Şurasından Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, efirlərdə yayımlanan materialların monitorinqi bir sutka sonra aparılır:
“Sözügedən məsələnin audiovizual yayım haqqında qanuna nə qədər zidd olması araşdırılacaq. Yəqin ki, bu gün monitorinq şöbəsi bunu araşdıracaq və qanunazidd olub-olmaması şuranın iclasında müzakirə ediləcək” - məlumatda bildirilib.