![]() |
|
Ukraynalı müğənni Maks Barskixin 10 dekabrda Bakıda keçiriləcək konserti ləğv olunub.
O, Azərbaycan-Ermənistan sərhəddindəki gərginliklə bağlı ermənilərə dəstək üçün paylaşım edib. Çoxsaylı tənqidlərdən sonra müğənni paylaşımını silib.
Artıq konsert ləğv olunub və iTicket.Az-ın saytında konsertlə bağlı məlumatlar silinib.
Qeyd edək ki, Bakı Konqres Mərkəzində saat 20:00-da keçirilməsi planlaşdırılan konsert üçün biletlərin qiyməti 40-230 AZN arası təşkil edirdi.