Ad günündə vəfat etdi, ölümü ilə müzakirələr yaratdı - Çimnaz haqqında bilmədikləriniz...

Xəbər verdiyimiz kimi, ötən gün aktrisa Çimnaz Sultanova bağırsaq xərçəngindən vəfat edib.

Ölkə.Az aktrisa haqqında məlumatları təqdim edir.

Çimnaz Sultanova 1982-ci il yanvarın 15-də Bakıda doğulsa da, sonradan ailəliklə Rusiyaya köçüblər. Almaniyada beynəlxalq iqtisadi əlaqələr fakültəsində təhsil alıb.

“Dram krujok”da aktyorluq sənəti üzrə məşğul olub. O, Almaniyada olarkən tamaşalar səhnədə yox, vətəndaşların arasında baş tuturdu.

O, İsrail Mədəniyyət Mərkəzində aktyorluq sənəti ilə bağlı dərslər alsa da, bu sənəti davam etdirmək istəməyib. Səbəb isə aktyorların qonorarının aşağı olması idi.

Buna görə də Ç.Sultanova aktrisalıqla paralel olaraq özünə biznes qurub. Məlumata görə, onun obyektləri var idi.

O, Azərbaycanda ilk dəfə “Sənə inanıram” serialında rol alıb. Daha sonra “Yüz kağız” filmi, “Qisas” və “Vicdan haqqı”, "Sarı gəlin" seriallarında oynayıb.

Azərbaycan tamaşaçısı onu daha çox "Vicdan haqqı" serialındakı Larisa obrazı ilə tanıyıb.
Ekran işində aktrisa evli adamla münasibətdə olan qadın kimi təsvir olunub. Larisa obrazı Rusiyada yaşayan zəngin biri olduğundan münasibətdə olduğu evli kişiyə maliyyə dəstəyi göstərir. Onun bu rolu cəmiyyətdə birmənalı qarşılanmamışdı.

Aktrisa müsahibələrindən birində roluna görə təhqir olunduğunu deyib: "Çoxu mən ekranda yaratdığım obrazı, şəxsən məni səhv salırlar. Düşünürlər ki, real həyatda da beləyəm, qadınlar mənə nifrət hissi ilə yanaşırlar, amma bu məni çox sevindirir. Bu sübut edir ki, aktrisa kimi rolumun öhdəsindən çox yaxşı gəlmişəm. Bu, aktrisanın qələbəsidir. Bir neçə qadın isə yazır ki, məni harada görsələr, boğacaqlar".

Məlumata görə, o, yoldaşı ilə uşaqlıqdan tanış olub. Adını çəkməsə də, aktrisa həyat yoldaşının Almaniyada elmlə məşğul olduğunu bildirib. Daha sonra onlar ayrılıblar. Mətbuata məlum olduğuna görə, onun 19 yaşlı bir oğlu var.

Ç.Sultanova həm də müğənniliklə məşğul idi.

O, açıq-saçıq geyimləri və etdirdiyi fotosessiyalarla tez-tez gündəmə gəlirdi. Aktrisanın həmçinin yutubda yayımlanan "Çimnazla yataqda" verilişi də qalmaqal yaratmışdı. Verilişə gələn qonaqların formata uyğun olaraq aktrisa ilə yataqda söhbətləşməsi də uzun müddət danışılmışdı.

Son olaraq isə aktrisa ötən ilin ortalarında teleqramda açıq-saçıq mövzulu xüsusi kanal açması ilə müzakirələrə səbəb olmuşdu. Hətta Sultanova çılpaq görüntülərini görmək istəyən izləyicilər üçün 200 AZN ödəniş təyin etmişdi.

Ötən gün isə aktrisa doğum günündə, 43 yaşında bağırsaq xərçəngindən dünyasını dəyişib. Onun xəstəliyinin 2 ay əvvəl üzə çıxdığı bildirilir.

Ç.Sultanova bəyənilən aktrisa və müğənni olsa da, fəaliyyətinə görə hər zaman tənqidlərin hədəfində idi. İstər onun çəkildiyi rollar, istər azad qadınla bağlı fikirləri, istərsə də son dövrlərdəki fotosessiyaları və s. cəmiyyətdə qınaqla qarşılandığından onun ölümündən sonra da fikirlər birmənalı deyil.

Bununla belə onu tanıyanlar və tanımayanlar aktrisanın ölümündən sonra sosial şəbəkələrdə aqressiv münasibət sərgiləyənlərə qarşı müdafiə edib. Ç.Sultanova ilə yaxın ünsiyyətdə olan jurnalistlər, qonşusu və s. şəxslər aktrisanın başqalarının şəxsi işinə qarşımadığını, yaxşı insan olduğunu bildiriblər. Onlar hər kəsin öz əməli qarşısında cavab verəcəyini yazaraq, aktrisanın başqalarına pis örnək olması barədə deyilənlərlə razılaşmayıblar.

07 Aprel 2025 Cem Yılmaz 16 milyonluq səhifəsini bağladı
06 Mart 2025 Ağadadaş Ağayevə hökm oxunub - YENİLƏNİB
06 Mart 2025 “Survivor”dan qayıdan kimi həbs olunacaq
27 Fevral 2025 Emin Ağalarov dəymiş ziyanı açıqladı: 150-200 milyon dollardır
22 Fevral 2025 Ədalət Şükürovun 470 minlik avtomobili - FOTO
11 Yanvar 2025 Turabinin də ABŞ-dəki evi yanıb kül oldu
10 Yanvar 2025 Los-Ancelesdəki yanğın azərbaycanlı müğənninin oğlunun evinə yaxınlaşır
07 Yanvar 2025 Azər Baxşəliyev əməliyyatdan könüllü imtina edibmiş - RƏSMİ AÇIQLAMA
02 Yanvar 2025 Azər Baxşəliyev vəfat etdi
23 Dekabr 2024 Dünyaca məşhur tiktoker Məkkədə…
20 Dekabr 2024 Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül
05 Dekabr 2024 “Dronu DSX yox, başqa hərbi birləşmələr vurub”
03 Dekabr 2024 Meyxanaçı Xəyyam Əhmədlinin dəfn yeri və vaxtı açıqlandı
22 Noyabr 2024 Damla polisə çağırılıb - Köməkçisi AÇIQLADI
11 Noyabr 2024 Mehmet Ali Ərbil saxlanıldı, Sərdar Ortaç axtarışa verildi - Cinayət işi
31 Oktyabr 2024 Toyların ən bahalı müğənniləri: 20 min manat istəyən də var – SİYAHI
24 Oktyabr 2024 Əməkdar artist Qarabağ Universitetində dərs DEYƏCƏK
22 Oktyabr 2024 Nadir Qafarzadənin evini su basdı - Video
21 Oktyabr 2024 Emin qaziyə “See Breeze“dəki mənzili təqdim etdi - Video
16 Oktyabr 2024 ABŞ səfirliyi Damlanın vizasını ləğv edib

Xəbər lenti